Beynəlxalq Bankda 30 faiz ixtisar olacaq
Bizi izləyin

Ekopublika.az

Beynəlxalq Bankda 30 faiz ixtisar olacaq

Azərbaycan Beynəlxalq Bankında (ABB) ciddi ixtisarlar aparılacaq. Bunu maliyyə naziri Samir Şərifov bildirib.

Nazir qeyd edib ki, bu addım bankda qənaət rejiminin tətbiqi ilə bağlıdır. Bankda korporativ idarəetmə də xeyli təkmilləşdiriləcək.

Bundan başqa, nazir əlavə edib ki, ABB-nin sağlamlaşdırılması prosesi öz axarı ilə davam edir: "Bildiyiniz kimi, problemli aktivlər "Aqrarkredit" tərəfindən alınır. Bir sözlə, bankın sağlamlaşdırılması istiqamətində bütün zəruri tədbirlər görülür".

Qeyd edək ki, bu gün S. Şərifov parlament seçkilərində iştirak etmək üçün 36 saylı Xətai IV seçki dairəsinin 6 saylı seçki məntəqəsinə gələrək səs verib.

Nazir bildirib ki, seçki prosesi yüksək səviyyədə təşkil olunub: "Səsvermə şəraiti yaxşıdır. Hesab edirəm ki, seçicilərin fəallığı da kifayət qədər yüksək səviyyədədir". (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm