“Şimal-Cənub dəhlizi ticarət əlaqələrini intensivləşdirəcək”
Bizi izləyin

Ekopublika.az

“Şimal-Cənub dəhlizi ticarət əlaqələrini intensivləşdirəcək”

“Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq”.

Publika.az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla İran İslam Respublikasının Dəmir Yolları İdarə Heyətinin üzvü Abbas Haj Fathaliha ilə görüşdə deyib.

C.Qurbanov bildirib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələr zamanı ilk mərhələdə Astaraçay üzərində olan körpünün layihələndirilməsinin təkmilləşdirilməsi, Rəşt-Astara xətinin maliyyə mənbələrinin təyin edilməsi və digər texniki məsələlər ətrafında söhbət aparılıb.

Daha sonra İİR Dəmir Yolları İdarə Heyətinin üzvü Abbas Haj Fathaliha çıxış edərək bildirib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək

Oxumağa davam et
Reklam
Reklam

Gündəm