Bu il ipoteka kimlərə verilib? - HESABAT
Bizi izləyin

Ekopublika.az

Bu il ipoteka kimlərə verilib? - HESABAT

Bu ilin əvvəlindən ipoteka krediti götürənlərin 83,2 faizi kişi, 16,8 faizi qadın olub.

Publika.az İpoteka Fonduna istinadən xəbər verir ki, borcalanların 52,7 faizi özəl sektorda, 47,3 faizi dövlət sektorunda işləyib.

Konkret iş yerlərinə gəlincə, fondun statistikasına görə, kredit alanlar daha çox bank və sığorta, energetika, hüquq-mühafizə orqanlarının işçiləri, hərbçilər olub.

Güzəştli kreditlərin 78,6 faizini hərbi qulluqçular, 8,2 faizini məcburi köçkünlər, 9,1 faizi dövlət qulluqçuları, 2 faizini elmlər namizədləri, 1,6 faizini idmançılar alıb.

Borcalanların yaşlarına görə pay bölgüsü də diqqət çəkir. Məlum olur ki, proqramdan daha çox yararlananlar 19-29 yaş arası olanlardı.

İpoteka predmetinin növü üzrə pay bölgüsündə çoxmənzilli binada fərdi mənzillərə daha çox ipoteka ayırılıb. Belə mənzillərin ipoteka ilə ev satışında payı 92,2 faiz təşkil edib.

Borcalanların 36,5 faizi 1100 manat, 20,9 faizi 700-900 manat, 17,7 faizi 500-700 manat, 15,5 faizi 900-1100 manat, 7,1 faizi 300-500 manat aylıq gəlirlərə sahib olub.

Qeyd edək ki, bu ilin əvvəlindən 1690 ədəd ipoteka kreditinin maliyyələşdirilməsi həyata keçirilib. İpoteka proqramı maliyyələşdirilməyə başlandığı dövrdən 2015-ci ilin üçüncü rübünə qədər isə 17 523 ipoteka krediti verilib. Bunlardan 4275 ədədi güzəştli olub.

Hesabat dövrünə qədər ümumilikdə 467 943 920 manat adi, 163 095 170 manatlıq güzəştli ipoteka krediti ayrılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm