• USD 1,7000 0,00% EUR 1,9423 +0,41%
    • GBP 2,1665 +0,16% RUB 0,0253 -0,40%

Ötən ay BTC ilə nə qədər neft göndərmişik?

Ötən ay BTC ilə nə qədər neft göndərmişik?

2015-ci ilin oktyabr ayı ərzində BTC Əsas İxrac Boru Kəməri vasitəsilə 2 milyon 512 min 281 ton Azərbaycan nefti nəql olunub.

Publika.az Azərbaycan Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, sentyabr ayı ərzində kəmər vasitəsilə 2 milyon 440 min 509 ton Azərbaycan nefti nəql olunmuşdu.

Onu da bildirək ki, cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 milyon 110 min 452 ton neft ötürülüb. Ümumiyyətlə, istifadəyə verilən gündən 2015-ci il noyabr ayının 1-ə qədər BTC-yə 287 milyon 935 min 149 ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin oktyabr ayında BTC kəməri ilə ümumilikdə 408 min 860 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.

İqtisadiyyat şöbəsi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>