Ceyhandan 1 aya 2 milyon tondan çox neft ötürülüb
Bizi izləyin

Ekopublika.az

Ceyhandan 1 aya 2 milyon tondan çox neft ötürülüb

Bu ilin oktyabr ayı ərzində 2 milyon 285 min 420 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Publika.az SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 1 milyon 440 min 540 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 23 milyon 967 min 398 ton olub.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il noyabr ayının 1-ə qədər Ceyhan limanından 285 milyon 906 min 488 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm