Azərbaycanın kənd təsərrüfatı məhsulları ABŞ-a ixrac edilə bilər
Bizi izləyin

Ekopublika.az

Azərbaycanın kənd təsərrüfatı məhsulları ABŞ-a ixrac edilə bilər

Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının ABŞ bazarlarına nəql edilə bilər.

Publika.az xəbər verir ki, bu fikirlər kənd təsərrüfatı naziri Heydər Əsədov ABŞ-in Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşündə səsləndirilib.

Görüşdə nazir Heydər Əsədov kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər və mövcud prioritetlər barədə qarşı tərəfə məlumat verib. O, indiyədək ABŞ hökuməti tərəfindən Azərbaycanda kənd təsərrüfatı və aqrobiznes sahəsində göstərilmiş dəstəyi təqdirəlayiq hesab edib, Azərbaycanın aqrar sahədəki yeni prioritetlərinə uyğun olaraq bu dəstəyin gləcəkdə də davam etdirilməsinin ikitərəfli əməkdaşlığa töhfə verə biləcəyini bildirib.

Səfir Robert Sekuta təmsil etdiyi ölkənin Azərbaycan ilə həm özəl sektor, həm də müvafiq dövlət qurumları səviyyəsində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib. Səfir kənd təsərrüfatı sahəsində daha səmərəli əməkdaşlığa nail olmaq məqsədilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin imkanlarından istifadə olunacağını diqqətə çatdırıb.

Görüşdə kənd təsərrüfatı və agrobiznes sahələrində ikitərəfli əməkdaşlığın bir çox sahələri, o cümlədən kadr hazırlığı, toxumçuluq, heyvandarlıq, laboratoriya infrastrukturunun gücləndirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm