MDB ölkələrində yük dövriyyəsi azalıb
Bizi izləyin

Ekopublika.az

MDB ölkələrində yük dövriyyəsi azalıb

Daşkənddə Müstəqil Dövlətlər Birliyi (MDB) Dəmiryol Nəqliyyatı Şurasının 63-cü iclası keçirilib.

İclasda MDB dövlətləri, həmçinin Gürcüstan, Latviya, Bolqarıstan və Finlandiya dəmiryol idarələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbirdə deyilib ki, 2015-ci ilin doqquz ayı ərzində MDB dövlətlərinin birləşmiş dəmiryol xətti ilə 1,4 milyon ton yük daşınıb. Bu, MDB dəmiryol idarələrinin götürdüyü öhdəliklərdən 1,8 faiz çoxdur.

Qeyd edilib ki, dünyada gedən maliyyə böhranı ilə əlaqədar MDB ölkələrində yük dövriyyəsi azalıb.

Şuranın iclasında bir sıra normativ sənədlərə düzəlişlər edilib. Həmçinin yük vaqonlarından şəxsi istifadə, daşımalar sahəsində əməkdaşlığın inkişafı, vaqonlara texniki xidmət qaydaları və onların təmiri, MDB dəmiryol idarələri arasında qarşılıqlı ödəmə, 2015-2016-cı illərdə bu ölkələrdə qatarların hərəkət qrafiki, beynəlxalq sərnişin daşımaları marşrutlarının idarə olunması və digər məsələlər müzakirə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm