AST Telman müflis oldu - VİDEO
Bizi izləyin

Ekopublika.az

AST Telman müflis oldu - VİDEO

Azərbaycan əsilli milyarder Telman İsmayılov iflas etdi. Rusiyanın "Rossiya-1" kanalının yaydığı məulmata görə milyarder, atası Mərdan İsmayılovun adını daşıyan lüks oteli həqiqi dəyərindən çox aşağı qiymətə, 130 milyon dollara satıb. Halbuki onun tikintisi Telman İsmayılova 10 qat baha başa gəlmişdi. Satışdan əldə olunan gəlirlərlə biznesmen köhnə borclarını bağlamağa çalışıb.



Məlum olub ki, təkcə Rusiyada Telman İsmayılovun yerli banklara 100 milyon dollardan çox borcu var. Bir vaxtlar dəbdəbəli və zəngin həyatın simvolu hesab edilən otel, indi hətta elektrik enerjisinə də qənaət etmək məcburiyyətində qalıb. İddia edilir ki, otelin yerli enerji şirkətinə borcu 2 milyonu keçib.




"Mardan Palace"nin ümumi görünüşü

Otel bütün dünyanın iqtisadi böhranla mübarizə apardığı bir dövrdə təntənəli şəkildə istifadəyə verilmişdi. Açılış üçün xüsusi olaraq təyyarələrlə tonlarla qızıl, mərmər, 242 funt beluqa kürüsü, Misirdən 9 min ton dəniz qumu otelin yerləşdiyi əraziyə gətirilmişdi. Açılışda Moskva meri, həmçinin kino və musiqi ulduzlarından ibarət heyət də iştirak edirdi. Bu ulduzların hər biri isə iddialara görə açılışda iştirak etdiklərinə görə 5 milyon dollar qonorar alıblar.




"Mardan Palace"nin foyesi

Kanalın hazırladığı süjetdə qeyd olunur ki, Telman İsmayılov imperiyasını məhz “Çerkizov” bazarından gələn gəlirlər hesabına qurub. VTB bankı rəsmisinin verdiyi məlumata görə, hazırda onun şirkətinin və zamin qismində durduğu şəxslərin banka 230 milyon dollar borcu var. Bank rəhbərliyi onu məhkəməyə vermək məcburiyyətində qalıb. Moskva məhkəmə pristavının icra vərəqəsinə görə, borcla əlaqədar Telman İsmayılovun Rusiyadakı daşınmaz əmlaklarına artıq həbs qoyulub. Bank Telman İsmayılovun iflasa uğradığını elan etməyini tələb edir. /ANSPRESS/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm