Xərcimiz gəlirimizi üstələdi
Bizi izləyin

Ekopublika.az

Xərcimiz gəlirimizi üstələdi

2015-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 12,1 milyard manat, xərcləri 12,2 milyard manat təşkil edib.

Publika.az xəbər verir ki, büdcənin icrasında 92,1 milyon manatlıq və ya Ümumi Daxili Məhsulun 0,2 faizi qədər kəsir yaranıb. Daxilolmaların 18,7 faizi əlavə dəyər vergisi, 13 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,6 faizi fiziki şəxslərin gəlir vergisi, 4,1 faizi aksizlər, 7,3 faizi digər vergilər, 50,3 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 39,4 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin 11,8 faizi sosial müdafiə və sosial təminat, 8,2 faizi təhsil, 3,7 faizi səhiyyə sahələrinin, 36,9 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm