• USD 1,7000 0,00% EUR 2,0722 0,00%
    • GBP 2,4112 0,00% RUB 0,0237 0,00%

Sığorta bazarı: gəlirlər artıb

Sığorta bazarı: gəlirlər artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə 1-ci yeri “Paşa Sığorta” şirkəti tutub.

Publika.az Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən məlumat verir ki, şirkət 10 ayda 57,5 milyon manat sığortahaqqı toplayıb.

Sonrakı yerlərdə qərarlaşan “Paşa Həyat Sığorta”nın yığımları 48 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 37,6 milyon manat olub.

Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Azərsığorta” (36,5 milyon manat) və “Atəşgah Həyat Sığorta” (32,7 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, bazarın 56%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 212,3milyon manat) düşür.

Ən az sığortahaqqı toplayanlar isə “Başak İnam” (914 min manat), “Amrah Sığorta” (740 min manat), “Azərqarant” (212 min manat), “Çartis Azərbaycan” (62 min manat) və “Günay Sığorta” (60 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 2 milyon manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib.

Lisenziyası ötən ilin dekabr ayında dayandırılmış, bu ilin iyununda isə ləğv edilmiş “Era-Trans” sığorta şirkəti sığortahaqqı toplamayıb.

Ümumilikdə, 27 sığorta şirkətindən 1-də sığorta haqlarının məbləği 50 milyon manatdan çox, 1-də 40 milyon manatdan çox, 3 şirkətdə 30 milyon manatdan çox, 1 şirkətdə 20 milyon manatdan çox, 5 şirkətdə 10 milyon manatdan çox, 4 şirkətdə 5-10 milyon manat arasında, 6 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 2 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 9-da sığorta haqlarının artımı, 18-də isə azalması baş verib.

İqtisadiyyat şöbəsi

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR