Dollarla 22, manatla 18 - banklarımızın kredit faizləri
Bizi izləyin

Ekopublika.az

Dollarla 22, manatla 18 - banklarımızın kredit faizləri

Bu ilin 10 ayında banklara manatla yerləşdirilmiş depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8,73 faiz təşkil edib. Xarici valyutada bu rəqəm 8,60 faiz olub.

Publika.az Mərkəzi Banka (MB) istinadən xəbər verir ki, fiziki şəxslərin manatla yerləşdirdikləri depozit və əmanətlərin faiz dərəcəsi 9,45 faiz, xarici valyutadakı yığımlarının faiz dərəcəsi 9,29 faiz olub.

Bu arada, qeyd edək ki, verilmiş kreditlərin manatla ifadədə faiz dərəcəsi 14,01 faiz, xarici valyuta ilə 12,74 faiz təşkil edib. Fiziki şəxslərə manatla verilən kreditlərin faiz dərəcəsi 17,80 faiz, xarici valyuta (dollar) ilə kreditlərin faiz dərəcəsi isə 21,73 faiz təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm