• USD 1,7000 0,00% EUR 2,0344 +0,36%
    • GBP 2,2677 -0,22% RUB 0,0224 -0,45%

Rusiya-Türkiyə arasında bir çox layihələr təxirə salına bilər – EKSPERT RƏYİ

Rusiya-Türkiyə arasında bir çox layihələr təxirə salına bilər – EKSPERT RƏYİ

“Rusiya və Türkiyəni bir-birinə bağlayan iqtisadi faktorlar çoxdur. Münasibətlərin gərginləşməsi bir çox layihələrin təxirə salınmasına gətirib çıxara bilər”.

Bunu Publika.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Ekspert bildirib ki, hazırda iki ölkə arasında hərbi, diplomatik münasibətlər gərgindir: “Rusiya tərəfi iqtisadi əlaqələrə yenidən baxılacağına dair bəyanatlar verir. Hətta öz vətəndaşlarına turist kimi Türkiyəyə getməyin arzuolunan olmadığına, tükr şirkətlərinin podrat layihələrdə iştirakının mədudlaşdırılmasına dair müraciət edib. Nərəzə alsaq ki, cari il üzrə iki ölkə arasında ticarət dövriyyəsi 42 milyard dollar təşkil edib, Türkiyə Almaniyadan sonra Rusiyanın ən böyük ticarət müttəfiqidir. Söhbət həm enerji, həm də qeyri-neft sektoru sahəsindən gedir”.

İ.Şaban deyir ki, yaranmış vəziyyət artıq neftin qiymətinin 2 dollar bahalaşmasına gətirib çıxarıb: “Beynəlxalq şərhçilər neftin birdən-birə bahalaşmasında Rusiya ilə Türkiyə arasındakı insidenti qeyd edirlər. Məsələn, Fransada terror aktı neftin qiymətinə təsirsiz ötüşdü. Türkiyə-Rusiya arasındakı insidentin təsirləri böyükdür. Birjalar açıldıqca, məlum olur ki, Rusiya və Türkiyə biznesi ilə əlaqəli şirkətlərin səhmləri sürətlə ucuzlaşmağa başlayıb”.

Ekspert iki ölkə arasında qaz sazişinə də toxunub: ““Türk axını” layihəsi ilə bağlı müzakirələr noyabr ayına planlaşdırılmışdı. Amma bu, reallaşmadı. İnsidentdən sonra bu layihə və Türkiyənin mavi qazın təchizatı ilə bağlı endirim istəyi reallaşmayacaq”.

İqtisadiyyat şöbəsi

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR