Rusiyadan sərt sanksiya: Türk mallarının idxalı dayandırıldı
Bizi izləyin

Ekopublika.az

Rusiyadan sərt sanksiya: Türk mallarının idxalı dayandırıldı

Rusiyanın SU-24 təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə pisləşən münasibətlər iki ölkə arasındakı ticarət əlaqələrinə də təsir edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Sənaye Birliyi sədrinin köməkçisi Adnan Dalğakıran Rusiyanın Türkiyəyə qarşı ilk sanksiyasını ticarətə tətbiq etdiyini deyib.

Adnan Dalgakıran Rusiya gömrüklərinin Türkiyə mallarının idxalını dayandırdığını bildirib. “Bizə gələn məlumatlar bu istiqamətdədir. Hazırda Türkiyə məhsullarının Rusiyaya girişi dayandırılıb”.

Amma o, vəziyyətin bu şəkildə davam edəcəyini düşünmür: “Hazırda iki ölkə arasında gərginlik var. Hər iki ölkə vəziyyətdən çıxış üçün mütləq bir yol tapacaq. Çünki bir-biri ilə əlaqəsi olan, ticarət dövriyyəsi 30 milyard dollara çatan iki ölkədən bəhs edirik. Ümid edirik ki, problem qısa müddətdə aradan qaldırılacaq”.

Bundan başqa, Rusiyaya göndəriləcək qış mövsümü üçün tər güllərin ilk hissəsi Antalya hava limanında qalıb. “Tempo Tarım” şirkətinin sahibi İbrahim Yılmaz səhər saatlarında malı aeroportdan geri qaytarmalı olduqlarını deyib: “Güllərin miqdarı çox deyil, amma əsas mövsüm yeni başlayır. İstehsalın 70 faizini Rusiyaya ixrac edirik. Rusiyaya illik 1,5 milyon dollarlıq çiçək satırıq”.

Rusiya ilə münasibətlərin istehsalçılara mənfi təsir edəcəyini deyən İbrahim Yılmaz hazırda Rusiya bazarını əvəz edəcək bazarın olmadığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm