Ekopublika.az
Rusiya “Türk axını” və “Akkuyu”nu ləğv edir
Rusiya “Türk axını” qaz kəməri və “Akkuyu” Atom Elektrik Stansiyasının inşası ilə bağlı layihələri ləğv edə bilər.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin başçısı Aleksey Ulyukayev bildirib.
Onun sözlərinə görə, sözügedən iqtisadi məhdudiyyətlər Ümumdünya Ticarət Təşkilatının normalarına uyğundur. Rusiyalı nazir ikitərəfli mülki uçuşların məhdudlaşdırılmasının da gündəmdə olduğunu deyib. Nazir qeyd edib ki, Rusiya Türkiyə ilə sərbəst ticarət bölgəsinin yaradılması üçün hazırlıqları dayandırmaq məcburiyyətindədir.
Nazir həmçinin qeyd edib ki, Türkiyə şirkətləri ilə işləyən Rusiya şirkətlərinə dəyəcək zərəri dəqiq hesablamaq lazımdır.
Daha əvvəl isə Rusiyanın baş naziri Dmitri Medvedev hökumətə iki gün ərzində Türkiyəyə cavab olaraq tədbirlər kompleksini hazırlamağı tapşırıb. Noyabrın 25-də isə Rusiyanın bütün turoperatorları Türkiyəyə çarter reyslərini ləğv edib. Kənd təsərrüfatı naziri Aleksandr Tkaçov da bildirib ki, Rusiya Türkiyənin ərzaq məhsullarının idxalına nəzarətin gücləndirilməsi ilə bağlı əlavə ölçüləri daxil edir.
Öz növbəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Türkiyəyə qarşı hərtərəfli iqtisadi embarqolar olmayacaq.
Ömər Dağlı
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR