Neftin qiymətlərində artım gözlənilmir – nazirdən AÇIQLAMA
Bizi izləyin

Ekopublika.az

Neftin qiymətlərində artım gözlənilmir – nazirdən AÇIQLAMA

“OPEC-in dekabr ayında keçiriləcək iclasına qatılmağı elə də vacib hesab etmirəm”.

Bunu energetika naziri Natiq Əliyev bu gün keçirdiyi brifinqdə bəyan edib.

Publika.az-ın tədbirdə iştirak edən əməkdaşının məlumatına görə, nazir deyib ki, iclasa dünyanın müxtəlif ölkələrindən energetika nazirləri dəvət edilsə də, qərarlar bağlı qapı arxasında qəbul edilir: “OPEC-in qərarı ilə bağlı press-relizi konfransa getsəm də alacam, getməsəm də".

Nazir deyib ki, OPEC-in növbəti iclasından əhəmiyyətli dəyişiklik gözləmir: "OPEC hasilatı olduğu kimi saxlayacaq. Bundan əlavə, İran da neftini bazara çıxaracaq. 1 milyon barel neft ixrac etməyi planlaşdırır. Bu gün bazarda hasilat tələbatdan 1 milyon barel artıqdır. Belə halda qiymətlərdə artım gözlənilmir".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm