• USD 1,7000 0,00% EUR 2,0271 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0225 0,00%

Rusiyadan Türkiyəyə pomidor qadağası

Rusiyadan Türkiyəyə pomidor qadağası

Moskva supermarketlərində Türkiyədən idxal edilən tərəvəz məhsullarını qismən Mərakeş və Azərbaycan məhsulları əvəz edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə böyük supermarketlərin əməkdaşları bildiriblər.

Hələlik Türkiyədən gələn pomidorlar və sitruslar piştaxtalarda qalır. Satıcılar türk məhsullarının idxalına mümkün qadağalardan sonra da heç bir problemin olmayacağını bildirirlər.

“Heç bir problem olmayacaq.Görürsünüz ki, bizdə vitrinlər doludur”, - “Auchan” şəbəkəsinə daxil olan supermarketin satıcısı deyib.

O, “İnterfaks” əməkdaşına qutulardakı 25 növ pomidoru göstərib: “Pomidorların iki növü Türkiyə, biri Azərbaycandan, iyirmisi isə Mərakeşdən gətirilib. Qalan iki növ pomidor isə Rusiyada yetişdirilib”.

“Auchan” şəbəkəsinin əməkdaşları Yeni il ərəfəsində qiymətlərin ciddi artması üçün heç bir səbəb görmürlər.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR