Azərbaycan Türkiyədən ət idxalını dayandırdı
Bizi izləyin

Ekopublika.az

Azərbaycan Türkiyədən ət idxalını dayandırdı

Bir sıra bölgələrində dabaq xəstəliyinin baş verməsi ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Türkiyədən ət idxalını qadağan edib.

Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bununla bağlı Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin və Baş Dövlət Baytarlıq Müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleynamov bu gün əmr imzalayıb.

Məlumatına görə, Türkiyə Respublikasının Van, İqdır, Sinop, Kars, Çorum bölgələrində dabaq xəstəliyi aşkarlanıb. Bununla əlaqədar əmrdə həmin bölgələrdən və risk zonasına yaxın olan Kastamonu, Çankırı, Qırıqqala, Amasiya, Samsun, Ərdahan, Ağrı, Ərzurum bölgələrindən diri heyvanların və heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması, eləcə də digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına isə Türkiyə Respublikasının Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında arayışı olduğu təqdirdə baxılması qeyd edilir.

Türkiyədə baş vermiş dabaq xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilib və aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, ölkəmizin dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyəti sabitdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm