OPEC hasilatı niyə azaltmadı?
Bizi izləyin

Ekopublika.az

OPEC hasilatı niyə azaltmadı?

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) istehsal kvotası ilə bağlı dəyişikliyə getməyib.

Publika.az xəbər verir ki, OPEC-in üzvü olan 12 ölkənin neft nazirləri Avstriyanın paytaxtı Vyanada bir araya gəliblər. OPEC neft hasilatının səviyyəsini indiki faktiki səviyyədə saxlamağı qərara alıb.

Təşkilatın baş katibi Abdulla Əl-Bədri bəyan edib ki, yeni kvotalar səviyyəsinə dair məsələyə 2016-cı ilin iyununda Vyanada keçiriləcək növbəti iclasında baxılacaq: “Biz indi hər hansı rəqəmin üzərində dayana bilmərik. Bilmirik, İran nə vaxt bazara daxil olacaq. OPEC daxilində hasilat vaxtaşırı dəyişir. Odur ki, qərarın qəbul edilməsini növbəti iclasadək təxirə saldıq”.

2011-ci ilin dekabr ayından bəri OPEC-in neft hasilatı kvotası sutkada 30 milyon barel təşkil etsə də, son 1,5 ildə kartelin real hasilatı bu göstəricidən artıq olub.

Əl-Bedri onu da deyib ki, üzv olan və olmayan ölkələrlə müzakirələr davam etdiriləcək: "Əslində biz müzakirələrdə həcmdən bəhs etmədik. Çünki OPEC üzvü olmayan ölkələrlə də müzakirələr davam edir".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm