Valyuta konvertasiyasına 4 milyon xərclənəcək
Bizi izləyin

Ekopublika.az

Valyuta konvertasiyasına 4 milyon xərclənəcək

Valyuta konvertasiyası əməliyyatlarına xərclənən vəsait 3 dəfəyə yaxın azaldılıb. Belə ki, 2016-ci ilin dövlət büdcəsində valyuta konvertasiyası əməliyyatlarına 4 mln. manat həcmində vəsaitin xərclənməsi nəzərdə tutulub. Bu da 2015-ci ilin analoji proqnozu ilə müqayisədə 2,8 dəfə və ya 7,113 mln. manat azdır.

Publika.az-ın məlumatına görə, 2016-cı il büdcəsində Azərbaycanın beynəlxalq kredit reytinqinin müəyyən olunması və digər işlərin qiymətləndirilməsi üçün ekspertlərin cəlb edilməsinə 2,951 mln. manatın xərclənməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu da cari ilin proqnozu ilə eynidir.

Bundan başqa, Azərbaycan Respublikasının 2016-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 500 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 1 500 000,0 min manat təsdiqlənib.

Azərbaycan Respublikasının 2016-cı ildə dövlət daxili və xarici borcları üzrə ödəniş məbləğlərinə gəlincə, daxili dövlət borcu üzrə 301.064.641,0 manat (faiz ödənişləri 43.623.646,0 manat), əsas borc üzrə ödənişlər 257.440.995,0 manat nəzərdə tutulub. Xarici dövlət borcu üzrə 948.670.508,0 manat (faiz ödənişləri 214.233.599,0), əsas borc üzrə ödənişlər 734.436.909,0 manat hesablanıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm