Professor-müəllim heyətinin maaşı artdı
Bizi izləyin

Ekopublika.az

Professor-müəllim heyətinin maaşı artdı

AMEA-nın elmi müəssisələrinin magistraturalarında saathesabı tədris edən professor-müəllim heyətinin vəzifə maaşlarına əlavələr müəyyənləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə AMEA prezidenti Akif Əlizadə AMEA Rəyasət Heyətinin iclasında məlumat verib.

Qərara əsasən, AMEA-nın elmi müəssisələrində magistratura pilləsində ayrı-ayrı fənləri tədris edən professor-müəllim heyətinin dərs yükünə uyğun olaraq bir akademik saat (45 dəqiqə) üçün vəzifə maaşlarına əlavələr də müəyyənləşdirilib.

Qərarın icrası ilə bağlı məsələlərin həlli AMEA Rəyasət Heyətinin aparatının Elm və təhsil idarəsinə və AMEA Rəyasət Heyətinin aparatının Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinə tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm