11 aya 22 milyard xərcləmişik
Bizi izləyin

Ekopublika.az

11 aya 22 milyard xərcləmişik

2015-ci ilin yanvar-noyabr aylarında istehlakçılara 22,4 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz çox məhsul satılıb.

Publika.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən bildirir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 9,6 faiz artaraq 11 milyard 185,2 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 13,5 faiz artaraq 11 milyard 249,4 milyon manata bərabər olub.

Cari ilin 11 ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artaraq 11,5 milyon manat təşkil edib. Elektron ticarət vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,6 faizi hüquqi şəxslərdən, 8,4 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,2 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.

2015-ci ilin yanvar-noyabr aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artaraq 950,7 milyon manat olub.

Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 416,2 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 534,5 milyon manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm