40 illik qadağaya son və ya ABŞ-dan neftə arxadan zərbə
Bizi izləyin

Ekopublika.az

40 illik qadağaya son və ya ABŞ-dan neftə arxadan zərbə

Nümayəndələr Palatasının sözçüsü Pol Rayanın çərşənbə axşamı Respublikaçılar Partiyasında verdiyi məlumata görə, ABŞ Konqresinin liderləri 40 illik neft ixracı qadağasının ləğv edilməsini nəzərdə tutan maliyyə planı üzərində razılığa gəlib.

Publika.az “marja”ya istinadən bildirir ki, xam neft qiymətləri 11 ilin ən aşağı səviyyələrindən bir az yüksəlməsinin ardından faizlərin artırılmasının gözlənildiyi və neft ixracı qadağasının qaldırılacağı xəbəri ilə yenidən aşağı düşməyə başlayıb.

ABŞ xam neftinin barelinin qiyməti 55 sent düşərək 36,91 dollara, “Brent” markalı xam neftin barelinin qiyməti isə 33 sent azalaraq 38,12 dollara enib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm