Ölkədə nə qədər işsiz var? – SAY
Bizi izləyin

Ekopublika.az

Ölkədə nə qədər işsiz var? – SAY

Dekabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29 min nəfər olub. Onların 38,6 faizini qadınlar təşkil edib.

Publika.az xəbər verir ki, 29 min nəfərdən 1705 nəfəri işsizliyə görə müavinət alıb. Müavinətin orta məbləği 268,5 manat təşkil edib. İşsizlərin çoxu Bakı şəhərində qeydə alınıb. Paytaxtda 11 992 nəfər işsiz var. Gəncə-Qazax iqtisadi rayonunda işsizlərin sayı 1814 nəfər, Şəki-Zaqatala iqtisadi rayonunda işsizlərin sayı 848 nəfər, Lənkəran iqtisadi rayonunda işsizlərin sayı 855 nəfər təşkil edir.

Onu da bildirək ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, işsizlik statusuna malik olan şəxslərdən bir qismi işsizlik müavinəti alır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm