Yumurta niyə bahalaşır? – SƏBƏB
Bizi izləyin

Ekopublika.az

Yumurta niyə bahalaşır? – SƏBƏB

Cari ilin on bir ayı ərzində diri çəkidə 428,7 min ton mal-qara və quş əti, 1777,0 min ton süd, 1402,6 milyon ədəd yumurta və 16,8 min ton yun istehsal edilib.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü ilin eyni dövrünə nisbətən ət istehsalı 7,6 min ton və ya 1,8 faiz, süd istehsalı 71,8 min ton və ya 4,2 faiz, yun istehsalı 233 ton və ya 1,4 faiz artıb. Yumurta istehsalı isə 23,0 milyon ədəd və ya 1,6 faiz azalıb. Yumurta istehsalının azalmasına iri quşçuluq fabriklərində yumurta istehsalının aşağı düşməsi təsir edib.

Buna səbəb isə yem və dərman preparatlarının bahalaşması nəticəsində yaşlı toyuqların satılması, onların yerinə cavan quşların alınmaması, bəzi müəssisələrin isə yumurtalıq istiqamətindən ətlik istiqamətə keçməsi olub. Nəticə etibarı ilə əvvəlki illə müqayisədə bütün təsərrüfat kateqoriyalarında yumurta istehsalı üzrə kənd təsərrüfatı müəssisələrinin xüsusi çəkisi 44,8 faizdən 41,0 faizə enib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm