Ekopublika.az
Könüllü sığorta bazarı 15 faiz artıb
2014-ci ilin yanvar-fevral aylarında Azərbaycan sığorta şirkətlərinin mükafatlarının 22,18 faizi və ya təqribən 21,24 milyon manatı əmlakın könüllü sığortası növləri üzrə yığılıb. Bu növlər üzrə ödənişlər 5,18 milyon manat olub ki, bu da bütün kompensasiyaların təqribən 27,23 faizini təşkil edir.
Bu barədə Azərbaycan Maliyyə
Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin hesabatında
deyilir.
Əmlakın könüllü sığortası üzrə yığımların strukturunda böyük
hissəni avtomobil nəqliyyatı vasitələrinin sığortası üzrə 21,41
milyon manat həcmində mükafat (4,58 milyon manat dəyərində ödəniş
olmaqla), hava-nəqliyyat vasitələrinin sığortalanması üzrə ödəniş
olmamaqla 5,51 milyon manat mükafat, habelə yanğın və digər
risklərdən əmlakın sığortalanması üzrə 3,19 milyon manat mükafat
(1,11 milyon manat həcmində ödənişlər), yüklərin sığortalanması
üzrə 6,65 milyon manat mükafat (0,3 milyon manat ödəniş), yüklərin
sığortalanması üzrə 2,06 milyon manata mükafat (50,47 min manat
ödəniş) və s. təşkil edib.
2014-ci ilin yanvar-fevral aylarında mülki məsuliyyətin
sığortalanmasının payına 4,33 milyon manat (0,18 milyon manat
həcmində ödənişlər) düşüb.
Fərdi sığortalanma üzrə mükafatlar 6,73 milyon manat həcmində
ödənişlər olmaqla 33,13 milyon manat təşkil edib. Bununla yanaşı,
bədbəxt hadisələr və xəstəliklərdən sığortalanma üzrə yığımlar 1,77
milyon manat (219,67 min manat həcmində ödəniş), könüllü tibbi
sığorta üzrə yığımlar 31,37 milyon manat (6,51 milyon manat
məbləğində ödəniş), xaricə gedən
vətəndaşların sığortalanması üzrə yığımlar 0,22 milyon manat (36,99
min manat həcmində ödəniş) təşkil edib.
Bu dövrdə qeyri-həyat könüllü sığorta üzrə yığımların ümumi həcmi
11,9 milyon manat məbləğində ödənişlər
olmaqla (62,88 faiz) 54,36 milyon manat (mükafatların ümumi
həcminin 59,33 faizi) təşkil edib.
Ümumilikdə könüllü sığortanın bütün növləri üzrə mükafatların
xüsusi çəkisi 2014-cü ilin yanvar-fevral aylarında ölkədə sığorta
yığımlarının 78,29 faizini, kompensasiyaların payı isə
sığortaçıların bütün ödənişlərinin 67,88 faizini təşkil edir.
İl ərzində könüllü sığorta bazarı 14,99
faiz, ödənişlər isə 19,76 faiz artıb.
Ölkədə fəaliyyət göstərən şirkətlərin
mükafatlarının ümumi həcmi 2014-ci ilin ilk 2 ayı ərzində 91,62
milyon manat (il ərzində 16,32 faiz artım) təşkil edib, hesabat
dövründə ödənişlər isə 19,02 milyon manat (17,33 faiz artım)
olub.
Hesabatda yeganə təkrar sığorta şirkəti AzRE-nin fəaliyyəti
göstərilməyib.
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO