Ekspert: “Qiymətlərin stabilləşməsi yalnız...”
Bizi izləyin

Ekopublika.az

Ekspert: “Qiymətlərin stabilləşməsi yalnız...”

“Dünya neft içərisində üzür: Gündəlik istehlak 94 milyon barreldən az olan dünya bazarında təklif 97 milyon barreldən çoxdur. Hər gün dünya bazarında 3 milyon barrel artıq neft çıxarılır. Bu isə qiymətin aşağı düşməsinin əsas iqtisadi səbəblərindədir”.

Publika.az xəbər verir ki bu barədə iqtisadçı ekspert Vüqar Bayramov deyib. O qeyd edib ki, hasilatın çox olmasının siyasi səbəbləri də var. Amma reallıq bundan ibarətdir ki, neft hasilatı və təklifi yüksək olaraq qalmaqdadır. Gündəlik 9.3 milyon barrel xam neft hasil edən ABŞ-ın Avropa bazarına çıxması neftin qiymətinə iqtisadi təsirdən daha çox psixoloji təzyiq göstərir. Birləşmiş Ştatların gündə 7 milyon barrel neft idxal etməsinə baxmayaraq, okeanın o tayından köhnə qitəyə neft ixracı həyata keçirilməkdidr. ABŞ eyni zamanda idxalın struktrunu da şaxələndirilməsinə nail ola bilib. 2008-ci ildən sonra gündəlik idxalını 7.8 milyon barrel azaldan Birləşmiş Ştatların neft importunda heç bir ölkə dominant deyil. ABŞ idxalında 12 faizlə ən yüksək paya malik olan Kanadanı 11 faizlə Sədiyyə Ərəbistanı və digər ölkələr izləyir. Deməli, idxalda praktik olaraq heç bir ölkədən asılı olmayan Birləşmiş Ştatlar Avropa bazarına çıxmaqla qiyməti diqtə edən gücdür. OPEK və xüsusən də Səudiyyə Ərəbistanı ABŞ bazarını itirməkdən ehtiyatlanaraq okeanın o tayından gələn müsiqi ilə “oynayır”.

Bu baxımdan neftin qiymətlərinin kəskin azalmasında və dünya bazarında “qara qızıl” bolluğunun yanaşmasına baxmayaraq, ötən ay keçirdiyi yığıncaqda OPEK hasilatın azaldılması deyil, artırılması haqda qərar qəbul etdi. Bu da 2016-cı ildə neftin qiymətinin yükəsələcəyinə ümidli olan ölkələri və şirkətləri xeyili bədbinləşdirdi. ABŞ və İranın Avropa bazarına çıxışı neftin dünya bazar qiymətinin yaxın müddətdə artmayacağından xəbər verməklə yeni və daha kəskin qiymət azalmalarının olacağını da istisna etmir. OPEK-in iki aparıcı ölkəsi arasındakı gərginliyə baxmayaraq neft bazarındakı təklif təzyiqi qiymətlərin ciddi artmasına imkan verməyəcək. Qiymətlərin stabilləşməsi yalnız Sədiyyə Ərəbistanın dünya bazarına çıxış imkanlarının məhdudlaşdığı halda mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm