Ötən il milyon tona yaxın dizel yanacağı satmışıq
Bizi izləyin

Ekopublika.az

Ötən il milyon tona yaxın dizel yanacağı satmışıq

Ötən ilin dekabr ayında 91 315 ton dizel yanacağı, 8 052 ton təyyarə yanacağı, 8 598 ton yüksəktəzyiqli polietilen, 1 294 ton mütləqləşdirilmiş izopropil spirti, 9 339 ton maye piroliz qətranı, 1 981 ton propilen və 2 400 ton butilen-butadien fraksiyası ixrac edib.

Publika.az SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə istinadən xəbər verir ki, ümumilikdə, 2015-ci ilin yanvar-dekabr ayları ərzində 965 788 ton dizel yanacağı, 236 532 ton təyyarə yanacağı, 280 ton soba mazutu, 8 598 ton yüksək təzyiqli polietilen, 1 294 ton mütləqləşdirilmiş izopropil spirti, 9 339 ton maye piroliz qətranı, 1981 ton propilen və 2 400 ton butilen-butadien fraksiyası ixrac olunub.

2015-ci ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 437,45 dollar, təyyarə yanacağının qiyməti 362,95 dollar, dizel yanacağının qiyməti 328,74 dollar, 1% kükürdlü mazutun qiyməti 164,85 dollar təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm