• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

200 milyard dollarlıq itki: Körfəz birjaları çökür

200 milyard dollarlıq itki: Körfəz birjaları çökür

Körfəz ölkələrinin birjaları 2015-ci ildə 200 milyard dollar itirib.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, Küveyt Beynəlxalq Bankı hesabatında Körfəz ölkələrinin kapital bazarlarının 2015-ci ildə 200 milyard dollar itirdiyini açıqlayıb. Beləliklə də, Körfəz birjalarının cəmi dəyəri 904 milyard dollara düşüb.

Geriləməyə səbəb neftin qiymətinin azalması olub. Aşağı neft qiymətləri neft gəlirlərinə söykənən Körfəz iqtisadiyyatının gələcəyinə dair narahatlıqları da artırıb.

Hesabatda bütün Körfəz ölkələri birjalarının 2015-ci ili enişlə tamamladığı vurğulanır.

Səudiyyə Ərəbistanı və Dubay bazarları ən pis performansı nümayiş etdirərək ili 17 faiz itki ilə bağlayıb.

Qətər, Oman və Bəhreyn bazarlarında isə azalma 15% müəyyənləşdirilib.

Küveyt birjası 13 faiz geriləyib.

Abu-Dabi birjasındakı itki isə 5%-lə məhdud qalarkən, nisbətən bölgədəki ən yaxşı bazar olub.

Analitiklər neftin qiymətətinin 2014-cü ildə 48 faiz, 2015-ci ildə 34,5 faiz azalması nəticəsində Körfəz sərmayələrinə təzyiq yarandığını, bunun böyük itkilərə yol açdığını bildirirlər.

İqtisadiyyat şöbəsi

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR