Aksizli malları nağd pulla satan 84 nəfər cərimələnib
Bizi izləyin

Ekopublika.az

Aksizli malları nağd pulla satan 84 nəfər cərimələnib

2015-ci il dekabr ayının 19-da aksiz markaları ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi qaydalarına riayət olunması ilə bağlı qanunvericilik aktlarına edilən dəyişikliklərlə əlaqədar olaraq alkoqollu içkilərin istehsalı, idxalı, habelə topdan və iri ticarət şəbəkələrində satışını həyata keçirən vergi ödəyicilərinin nümayəndələri ilə Vergilər Nazirliyində görüş keçirilib. Həmin dəyişikliklər barədə onlara geniş məlumat verilərək, bütün suallara aydınlıq gətirilib.

Publika.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, 2016-cı ilin 6-8 yanvar tarixlərində aksizli malların dövriyyəsinin tənzimlənməsi qaydalarına əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri də daxil olmaqla, bütün rayon və şəhərlərdə vergi nəzarəti tədbirləri keçirilmiş, ümumilikdə 145 vergi ödəyicisində, o cümlədən, “Ameqo” MMC topdan satış bazası, “Sonalar Sonası” şadlıq evi, “Favorit” marketdə bir sıra qanun pozuntuları aşkar edilib.

Keçirilmiş tədbirlər zamanı 84 vergi ödəyicisi tərəfindən aksizli malların az miqdarda nağd qaydada satıldığı müəyyən edilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 229.2-ci maddəsinə əsasən barələrində 8 400,0 manat məbləğində inzibati cərimə tətbiq olunub. 47 vergi ödəyicisi üzrə mal qalığının yoxlanılması zamanı 234 752,8 manat dəyərində 57 542 ədəd alkoqollu içkilər və tütün məmulatlarının əldə edilməsini (alınmasını) və dəyərinin nağdsız qaydada ödənilməsini təsdiqləyən sənədlər təqdim olunmadığından, onlar götürülərək, məsul saxlamaya verilmiş və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 68 a ünvanında yerləşən “NAİQİN-K TOVUZ BALTİYA” MMC-yə məxsus “Tovuz KonyaK” evində əməliyyat tədbiri keçirilərək, nəzarət qaydasına alınan külli miqdarda spirtli içkilərin nağd qaydada satışının həyata keçirildiyi müəyyən edildiyindən və toplanmış materialda Azərbaycan Respublikası CM-nin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğundan məsələ ilə bağlı 06.01.2016-cı il tarixdə cinayət işi başlanılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm