ABŞ iqtisadiyyatında gözlənilməz çöküş: səhmlər sürtələ ucuzlaşdı
Bizi izləyin

Ekopublika.az

ABŞ iqtisadiyyatında gözlənilməz çöküş: səhmlər sürtələ ucuzlaşdı

Neft qiymətlərindəki kəskin azalma və pərakəndə satışlarda geriləməni göstərən rəqəmin açıqlanmasından sonra ABŞ-da səhmlər kəskin düşüb.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, Dow Jones (Dou Cons) Sənaye İndeksində azalma 500 bəndi aşıb və 15,866 bəndə enib. “Standard & Poor's 500” indeksi 2.5% itki ilə 1,858.91 bənd olub.

“Citigroup” və “Wells Fargo”un proqnozlardan daha yaxşı çıxan rüblük gəlirlərinə baxmayaraq, səhmləri ən azı 3.8% düşüb.

“Goldman Sachs Group Inc” ipoteka kreditləri üzə aparılan istintaq çərçivəsində 5.1 milyard dollar cərimə ödəməyə razılaşması və bunun bankın dördüncü rüb mənfəətinin 1.5 milyard dollar azalmasına səbəb olacağı ilə səhmləri 3.6 faiz ucuzlaşıb.

“Wal-Mart Stores”in səhmləri 269 mağazanın bağlanacağı və 16 min nəfərin ixtisar ediləcəyi açıqlamasından sonra 2.1 faiz düşüb.

Analitiklər bildirirlər ki, ABŞ-da iqtisadi inkişafın mənzərəsi daha qeyri-müəyyən hala gəlir və FED-in zəif iqtisadi şəraitdə faiz artımına getməsi vəziyyəti daha da pisləşdirə bilər.

Onu da deyək ki, bu gün neftin qiyməti 28 dollara düşüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm