Ukrayna Azərbaycandan meyvə-tərəvəz ala bilər
Bizi izləyin

Ekopublika.az

Ukrayna Azərbaycandan meyvə-tərəvəz ala bilər

Ukrayna Azərbaycandan tropik meyvə tədarükü üçün logistika mərkəzlərinin yaradılması imkanlarını nəzərdən keçirir.

Publika.az-ın məlumatında görə, bunu "Azernews"a müsahibəsində Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi şöbəsinin rəhbəri Vadim Sidyaçenko deyib.

Sidyaçenko deyib ki, xurma, əncir, sitrus meyvələrinin, qoz və fındığın Azərbaycandan Ukraynaya tədarükü üçün regional logistika mərkəzlərinin yaradılması imkanları nəzərdən keçirilir: "Biz bu məsələdə maraqlıyıq, çünki biz hər zaman Azərbaycanla ticarət münasibətlərini inkişaf etdirmişik, aramızda azad ticarət rejimi fəaliyyət göstərir".

Həmçinin, şöbə rəhbəri bildirib ki, ölkələr arasında birgə turizm də inkişaf etdirilir: "Biz azərbaycanlıların Ukrayna kurortlarına səfər etmələri üçün, xüsusi ilə də Truskavets və Zakarpatye kürortlarına birgə turizm xidmətlərini də inkişaf etdiririk. Eyni zamanda, biz ukraynalıların Azərbaycana daha çox səfər edib, ölkəni daha da çox kəşf etmələrini istəyirik. Bakı xəzər Dubayı, dağ kurortları, dəniz, qış və yay turizmi deməkdir".

Sidyaçenko onu da bildirib ki, mart ayında hökumətlərarası birgə komissiyanın iclasının keçirilməsi nəzərdə tutulur: "Dekabr ayının əvvəlində Ukraynanın baş nazirinin müavini Gennadi Zubkonun prezident administrasiyasının başçısı Boris Lojkinlə birgə Bakıya səfərləri nəticəsində hökumətlərarası birgə komissiyasının iclasının keçirilməsi barədə razılıq əldə olunub. Aprel-may aylarında isə Bakıya Ukraynanın Prezidenti Petr Poroşenkonun səfəri gözlənilir".

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatında görə, Ukrayna və Azərbaycan arasında 2015-ci ilin yanvar-noyabr aylarında əmtəə dövriyyəsi 302,47 milyon dollar təşkil edib. Bu məbləğin 283,65 milyonu Ukraynadan idxalın üzərinə düşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm