Milli Məclisin növbədənkənar iclası başladı
Bizi izləyin

Ekopublika.az

Milli Məclisin növbədənkənar iclası başladı

Bir neçə dəqiqədir Milli Məclisin növbədənkənar iclası başlayıb.

Publika.az xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan və Oqtay Əsədovun sədrliyi ilə keçən iclasın gündəliyinə 8 məsələnin müzakirəsi salınıb.

İclasda "Əmanətlərin tam sığortalanması haqqında" Qanun layihəsi, "Əmanətlərin sığortalanması haqqında" Qanuna dəyişiklik, Vergi Məcəlləsinə dəyişiklik, "Valyuta tənzimi haqqında" Qanuna dəyişiklik, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik, "Dövlət satınalmaları haqqında" Qanuna dəyişiklik, "Gömrük tarifi haqqında" Qanuna dəyişiklik nəzərdə tutulur.

İclasda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, iqtisadiyyat naziri Şahin Mustafayev və digər rəsmilər iştirak edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm