BTC ilə 35 milyon ton neft ötürülüb
Bizi izləyin

Ekopublika.az

BTC ilə 35 milyon ton neft ötürülüb

Ötən il magistral neft kəmərləri ilə 45,7 milyon ton neft nəql edilib. Nəqletmənin 76,2 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.

Publika.az xəbər verir ki, keçən ilin yanvar-dekabr aylarında bu kəmər vasitəsilə 34,81 milyon ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə 5,5 milyon ton tranzit nefti də nəql edilib.

Magistral qaz kəmərləri ilə 2015-ci ildə 21,2 milyard kubmetr qaz nəql olunub. Əvvəlki illə müqayisədə 3,2 faiz azalma müşahidə olunub.

Qazın nəqlinin 31,4 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 6,65 milyard kubmetr qaz ötürülüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm