Tələbələrin təqaüdləri artırılacaq - VİDEO
Bizi izləyin

Ekopublika.az

Tələbələrin təqaüdləri artırılacaq - VİDEO

Azərbaycanın maliyyə naziri Samir Şərifov ANS TV-nin "Hesabat" verilişində Mir Şahinin qonağı olub. Söhbət zamanı dövlət büdcəsindən - neftin qiymətinin aşağı düşməsindən sonra kiçilən gəlirlərimiz və xərclərimizdən, büdcəyə ediləcək dəyişiklərdən danışılıb.

- Cənab nazir, büdcəyə yenidən baxılacaq. Neft artıq qiymət etibarı ilə 28 dollar ətrafında səndəliyir. Hansı dəyişikliklər gözlənilir?

- 2015-ci ilin dekabrında manatın növbəti ucuzlaşması şübhəsiz ki, dövlət büdcəsi xərclərində də bir sıra dəyişikliklərin edilməsini zəruri etmişdir. Bu xərclər hansılardır? İlk növbədə bizim xarici valyutada borclarımıza xidmət edilməsi ilə bağlı xərclər, xaricdə saxladığımız diplomatik nümayəndələrimizin xərcləri. Çünki xaricdə olan nümayəndəliklərimizin maaşı xarici valyuta ilə ödənilir. Beynəlxalq təşkilatlara olan üzvlük haqqlarımız və buna oxşar xarici valyutada ifadə olunmuş öhdəliklərimiz. Bütün bunlar dövlət büdcəsində yeni məzənnə ilə əks olunmalıdır.

Digər tərəfdən manatın devalvasiyası ilə əlaqədar müəyyən inflyasiya təzyiqləri, yəni qiymətlərin artımı mövcuddur. Bunun üçün dövlət müəyyən tədbirlər görür və yeni sərəncamlar imzalanıb. Bunun bir qismi pensiyaçıların sosial müdafiəsini gücləndirməyə, əmək haqqlarının və sosial müavinətlərin artırılmasına yönəlib. Bir sıra yeni sosial yönümlü sərəncamların da imzalanması gözlənilir. Buraya işsizliyin azaldılması, ünvanlı sosial yardıma dövlət büdcəsindən əlavə vəsaitlərin ayrılması və tələbələrin təqaüdlərinin artırılması aid olacaq. Amma bütün bu işləri görmək üçün lazım olunan 1 milyard manat dövlət büdcəsində olmalıdır. Amma hazırda təsdiq olunmuş büdcədə bu mövcud deyil.

Dövlət büdcəsinə baxılmağı tələb edən digər səbəb isə hazırda mövcud olan gəlir mənbələrindən həmişəkindən daha az gəlir əldə edəcəyik. Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq neft şirkətləri dövlət büdcəsinə mənfəət vergisi ödəyir. Bu mənfəət isə onların əsas fəaliyyət növü olan neft-qazdan bilavasitə asılıdır. Bu sahədəki vəziyyət isə hər kəsə aydındır. Neftin qiyməti durmadan enir. 2016-cı ilin dövlət büdcəsi hesablananda neftin bir barelinin qiyməti 50 dollar idi. Büdcəyə yenidən baxılanda isə bu rəqəm 25 dollar olacaq. Bu isə neft sahəsindən əldə olunan gəlirlərin azalması deməkdir. Amma ilin ikinci yarsından sonra isə neftin qiymətində artım gözlənilir. Nəzərə alsaq ki, neftdən əldə oluanan gəlirin bir qismi xaricdən gəlir, onda vəziyyət bir az yumşalır. Büdcəyə 200 milyon manat az gəlirin daxil olmasını praqnozlaşdırırıq.

Eyni zamanda, Vergilər Nazirliyi və Gömrük Xidmətinin xətti ilə daxil olan xərclərə də yenidən baxmışıq. Çünki manatın devalvasiyası Vergilər Nazirliyində müəyyən inflyasiyalar yarada bilər. İqtisadiyyat Nazirliyində isə inflyasiyanın səviyyəsi 10-12 fazi kimi hesablanır. Bunları nəzərə alaraq 2016-cı ilin dövlət büdcəsində gəlirlərimiz artır. Hazırda gəlirlərimiz 14,5 milyarddırsa, yeni təsdiq olunacaq büdcədə isə bu rəqəm 16,4 milyard təşkil edəcək. Dövlət Neft Fondundan isə dövlət büdcəsinə edilən transferdə isə manat baxımından çox gəlir əldə olunur. Yəni 1,2 milyard səviyyəsində. Ümumi gəlirimiz isə 1,9 milyard artacaq. Hesab edirəm ki, bunun hesabına tarazlığı əldə edəcəyik.

Xərclərə gəlincə, bu gəlirimiz qədər də artacaq. Bu il gəlirlərimizin artımı 1,9 milyarddan bir qədər aşağı olacaq. Xərclərimiz isə təxminən 2 miyarda yaxın bir səviyyədə artacaq. Bunun əsasını isə sosial yönümlü xərclər tutur. Bu zaman isə dövlət büdcəsində kəsr yaranır. Bu kəsrin aradan qaldırılması istiqamətində işlər aparılmalı və yeni maliyyə imkanları axtarılmalıdır. Biz isə artıq bunu etmişik.

2015-ci ilin dövlət büdcəsinin icrası zamanı müəyyən qənaətimiz var. Bu qənaət büdcə kəsirinin örtürülməlsinə yönələcək. Bunun üçün bazara müəyyən istiqrazların buraxılmasını təmin edəcəyik. Bunun hesabına da büdcədə yerdə qalan fərqi də örtəcəyik.

- Samir müəllim, biz neftin barrelinin 25 dollardan aşağı düşməyəcəyi şəraitdən danışırıq. Bəs, əgər qiymət aşağı düşərsə, pessimist praqnozlar, tutaq ki, özünü doğruldarsa?..

- Hesab etmirik ki, qiymətlər bundan da aşağı düşəcək. Amma hazırkı vəziyyət istər-istəməz adamı düşündürür. İndiki an neft üçün ağır bir dövürdür. Hazırkı vəziyyət gələcəkdə yeni neft quyularının axtarışını və neft investisiyaların olmasını dəstəkləmir. Dünyada nəhəng neft şirkətləri belə bu sahəyə pul yatırmırlar. Hazırda bazarda neftin təklifi tələbi üstələyir. Amma gələcəkdə biz hesab edirik ki, vəziyyət əksinə doğru dəyişəcək. Və yaxın bir zamanda neftin tələbi artıq təklifi üstələməyə başlayacaq.

Qeyd edim ki, neftin qiymətində kosmik sürətlə 4 dəfə ucuzlaşma müşahidə edilsə də, başqa sahələrdə qiymət azalması hiss olunmur. Neftin qiymətinin azlması qeyri-neft sektoruna aid olan məhsullarında qiymətinin istər-istəməz azalmasına gətirib çıxarmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm