Azərbaycanda daha bir bank bağlandı: əmanətlər...
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda daha bir bank bağlandı: əmanətlər...

Azərbaycanda banklardan birinin lisenziyası ləğv edilib.

Publika.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankın İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 saylı qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.

AMB-dən verilən məlumata görə, “Banklar haqqında” Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq bu il yanvarın 25-dən banka müvəqqəti inzibatçı təyin edilib.

Mərkəzi Bank bildirir ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin “Gəncəbank”dakı qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyalar veriləcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm