SOCAR-ın vitse-prezidenti: “Neftin hasilatı bizə 20 dollara başa gəlir”
Bizi izləyin

Ekopublika.az

SOCAR-ın vitse-prezidenti: “Neftin hasilatı bizə 20 dollara başa gəlir”

Əminik ki, müəyyən müddətdən sonra neftin qiyməti yenə qalxacaq.

Publika.az bildirir ki, bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov İsveçrənin SRF kanalına müsahibəsində deyib.

"APA-Economics"in xəbərinə görə, E.Nəsirov bildirib: “Neftin ən kəskin bahalaşması Ərəb-İsrail müharibəsində və ya İran Respublikası təsis olunanda yox, 1920-ci ildə bolşeviklər Bakıya daxil olanda baş vermişdi, çünki o dövrdə dünya neft hasilatının ¼ hissəsi Bakının payına düşürdü. Biz əminik ki, neftin qiyməti yenə qalxacaq”.

Jurnalistin "Neftin qiymətinin aşağı düşməsi sizi narahat edirmi" sualına vitse-prezident bu cür cavab verib: "Qətiyyən yox. Neftin qiyməti çox fərqli faktorlardan asılıdır, bu isə qiymət inkişafının proqnozlaşdırılmasını olduqca çətinləşdirir. Əlbəttə ki, iqtisadi məsələlər müəyyən rol oynayır, lakin ölkələrarası münasibətləri tənzimləyən siyasi amillərin də təsiri var. Neftin qiyməti 20 dollara düşə bilər, lakin bu qiymət uzun müddət qalmaz, çünki neft sahəsinə yatırılan investisiyanın azaldılması hiss olunacaq. Bu gün bir sıra hasilatçılar nefti çox aşağı maya dəyəri ilə hasil edə bilir. Buna baxmayaraq, təklif yenə tələbat səviyyəsindən aşağı düşəcək".

E.Nəsirov deyib ki, Azərbaycanda neft hasilatının maya dəyəri 25 dollardan aşağıdır: "Sirr deyil ki, biz nefti quruda və dənizdə hasil edirik. Neft hasilatının maya dəyəri də fərqlidir. Quruda köhnəlmiş yataqlardan nefti hasil etmək, əlbəttə, dənizdə olan yeni yataqlardakı hasilatdan daha çox xərc tələb edir. Beləliklə, neftin hasilatı bizə orta hesabla 20 dollara başa gəlir".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm