Ekopublika.az
Sığorta bazarı: 27 şirkət 443 milyon manat yığdı - TƏHLİL
Ötən ildə Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 442,9 milyon manat sığorta haqqı toplanıb.
Publika.az Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən bildirir ki, bu, 2014-cü illə müqayisədə 3,2% çoxdur.
Ötən il sığorta şirkətlərinin ödənişləri 180,2 milyon manat təşkil edib. Bu isə əvvəlki ilə nisbətən 14,7% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,7 manatı ödəniş edilib. Bu rəqəm 2014-cü ildə 36,6 manat olub.
Həyat sığortası bazarı
Toplanmış sığorta haqlarının 26,3%-i və yaxud 116,5 milyon manatı həyat sığortasının payına düşüb. 2014-cü illə müqayisədə həyat sığortası bazarı 10,9% böyüyüb.
Həyat sığortasındakı yığımların 59,3%-i və yaxud 69 milyon manatı həyatın yaşam sığortasının, 26,3%-i və yaxud 30,7 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 13,1%-i və yaxud 15,3 milyon manatı həyatın ölüm halından sığortasının, 1%-i və yaxud 1,2 milyon manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,3%-i və yaxud 326 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
İl ərzində həyat sığortası üzrə ödənişlərin məbləği isə 52,2 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 29%-ni təşkil etməklə, 2014-cü ilə nisbətən 1,8 dəfə çoxdur.
Həyat sığortasında ödənişlərin 91,7%-i və yaxud 47,9 milyon manatı həyatın yaşam sığortasının, 4,2%-i və yaxud 2,2 milyon manatı həyatın ölüm halından sığortasının, 4,1%-i və yaxud 2,1 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, cəmi 14 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44,8 manat ödəniş edilib. 2014-cü ildə bu rəqəm 27,2 manat olub.
Qeyri-həyat sığortası bazarı
Toplanmış sığorta haqlarının 326,4 milyon manatı və ya 73,7%-i qeyri-həyat sığortasının payına düşüb. 2014-cü illə müqayisədə qeyri-həyat sığortası bazarı 0,7% böyüyüb.
Qeyri-həyat sığortası üzrə yığımların 23,6%-i və ya 76,2 milyon manatı avtomobillərin icbari sığortasının, 22,3%-i və ya 72,9 milyon manatı tibbi sığortanın, 10,7%-i və ya 34,9 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 8,7%-i və ya 28,3 milyon manatı kasko sığortasının, 7,8%-i və ya 25,3 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 26,9%-i və ya təxminən 89 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
İl ərzində sığorta ödənişlərinin 71%-ni və ya 128 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü ilə nisbətən 0,4% azdır.
Qeyri-həyat sığortası üzrə ödənişlərin 40%-i və ya 51,3 milyon manatı tibbi sığortanın, 26,1%-i və ya 33,4 milyon manatı avtomobillərin icbari sığortasının, 18,5%-i və ya 23,7 milyon manatı kasko sığortasının, qalan 14,4%-i və ya təxminən 19,6 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,2 manatı ödəniş edilib. 2014-cü ildə isə bu rəqəm 39,7 manat olub.
Könüllü sığorta bazarı
ASA-dan bildirilir ki, sığorta haqlarının 63,4%-i və ya 281 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Bu, əvvəlki illə müqayisədə 1,3% azdır.
İcbarı sığorta növlərində yığım isə 161,9 milyon manat və ya bazarın 36,6%-ni təşkil edib. 2014-cü ilə nisbətən icbari sığorta bazarı 12,1% böyüyüb.
İl ərzində ümumi ödənişin 75,4%-i və ya 135,8 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortada ödəniş əvvəlki illə müqayisədə 18,4% artıb.
İcbari sığorta növləri üzrə ödəniş isə 44,4 milyon manat və ya ümumi bazarın 24,6%-ni təşkil edib. Bu, əvvəlki ilə nisbətən 4,8% çoxdur.
Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqının 48,3 manatı ödəniş edilib. 2014-cü ildə bu rəqəm 40,3 manat olub.
İcbari sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 29,4 manatdan 27,4 manata düşüb.
Yığımda ən ciddi artım
Sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb.
Azərbaycan Sığortaçılar Assosiasiyası xəbər verir ki, bu növ sığortadan toplanan sığorta haqqı 3,8 dəfə artaraq 2,9 milyon manat təşkil edib. Bundan başqa, işin dayanması ilə bağlı risklərdən sığortada yığım 2 dəfə artaraq 25,5 min manat, su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasında 80,5% artaraq 2,1 milyon manat olub.
Sığortahaqlarının məbləği həyatın yaşam sığortasında 16% artaraq 69 milyon manat, tibbi sığortada 2,2% artaraq 72,9 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 27,2% artaraq 1,2 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 8,1% artaraq 30,6 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 45,3% artaraq 25,3 milyon manat, avtomobillərin icbari sığortasında isə 8,4% artaraq 76,2 milyon manat təşkil edib.
Yığımda ən ciddi azalma
İl ərzində sığorta növləri arasında ən ciddi azalma isə yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb. Bu növ sığortadan daxilolmaların məbləği 90,7% azalaraq 2,6 min manat təşkil edib. Bundan başqa, pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada yığım 87,1% azalaraq 3,8 min manata, kreditlərin sığortasında isə 52,5% azalaraq 622,5 min manata düşüb.
Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 8,6% azalaraq 15,3 milyon manat, sağalmaz xəstəliklərdən sığortada 28,8% azalaraq 326,3 min manat, fərdi qəza və xəstəlik sığortasında 28% azalaraq 8,1 milyon manat, səfər sığortasında 0,2% azalaraq 2,1 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 4,2% artaraq 34,9 milyon manat, avtomobillərin könüllü sığortasında 25,3% azalaraq 28,3 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 16,6% azalaraq 335,9 min manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 9,5% azalaraq 135,7 min təşkil edib.
Ödənişdə ən ciddi artım
Ötən il həyata keçirilmiş sığorta ödənişlərinin ən ciddi artımı isə yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb. Bu növ sığortada ödəniş 2,3 dəfə artaraq 14,4 min manat təşkil edib. Bundan başqa, hava nəqliyyatı vasitələrinin sığortasında ödəniş 1,3 dəfə artaraq 504 min manat, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 1,2 dəfə artaraq 379 min manat olub.
Sığorta ödənişlərinin məbləği həyatın ölüm halından sığortasında 66,5% artaraq 2,2 milyon manat, həyatın yaşam sığortasında 93,2% artaraq 47,9 milyon manat, tibbi sığortada 6,5% artaraq 51,3 milyon manat, səfər sığortasında 28% artaraq 343 min manat, avtomobillərin icbari sığortasında isə 10,5% artaraq 33,4 milyon manat təşkil edib.
Ödənişdə ən ciddi azalma
İl ərzində sığorta ödənişlərinin ən çox azalması isə su nəqliyyat vasitələrinin sığortasında, işçilərin dələduzluğundan sığortada və yanğından icbari sığortada qeydə alınıb. Bu növ sığortalar üzrə ödəniş 100% azalıb.
Bundan başqa, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə ödəniş 83,7% azalaraq 50,7 min manat, sağalmaz xəstəliklərdən sığortada isə 78,1% azalaraq 14 min manat olub.
Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 30,1% azalaraq 1,1 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 5,7% azalaraq 7,2 milyon manat, kasko sığortasında 17,1% azalaraq 23,7 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 71,7% azalaraq 174 min manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 11,2% azalaraq 2,1 milyon manat, daşınmaz əmlakın icbari sığortasında isə 44,5% azalaraq 1,3 milyon manat olub.
İqtisadiyyat şöbəsi
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO