Ekopublika.az
Azərbaycanın bu 3 iri bankı birləşəcək
Yaxın vaxtlarda Azərbaycanda başlayan bankların konsolidasiya prosesi çərçivəsində "Paşa Bank", "Kapital Bank" və "AtaBank" ASC-lərin birləşəcəyi gözlənilir.
"Report"a bu barədə bank mənbələrindən məlumat verilib.
Lakin "Report"un müvafiq sorğularına bu bankların rəsmiləri mümkün konsolidasiya ilə bağlı konkret cavab verməyiblər.
"Paşa Bank"da məlumatı nə təsdiq, nə də təkzib ediblər. Bankdan rəsmi olaraq bu barədə məlumatsız olduqlarını açıqlayıblar.
"Kapital Bank"da isə məlumatı təkzib ediblər.
"AtaBank"da da məlumatı nə təsdiq, nə də təkzib ediblər. "AtaHolding"də bu barədə hər hansı məlumatın olmadığı bildirilib.
Qeyd edək ki, "Kapital Bank"ASC-nin səhmlərinin 99,87%-i "Paşa Holdinq"ə aiddir. Bankın nizamnamə kapitalı 185 mln. manatdır.
"Paşa Bank"ın səhmdarları isə iki hüquqi şəxs "Pasha Holding Ltd." (60%), "Ador Ltd." (30%) və bir fiziki şəxsdir (Arif Pashayevdir, 10%). Bankın nizamnamə kapitalı 333, 0 mln. manat təşkil edir.
"AtaBank"ın səhmdarları "AtaHolding"ASC (76%) və fiziki şəxslərdir (24%), nizamnamə kapitalı (31.03.2015-ci il vəziyyətinə) 50 mln. mln. manatdır.
Qeyd edək ki, hazırda ölkədə 37 bank fəaliyyət göstərir. Bu il ərzində Mərkəzi Bank tərəfindən 6 bankın -"Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "NBC Bank", "Qafqaz İnkişaf Bankı" və "Atrabank" ASC-lərin bank lisenziyaları ləğv edilib.
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi