Ötən il 1111,2 milyon manatlıq iaşə xidmətləri göstərilib
Bizi izləyin

Ekopublika.az

Ötən il 1111,2 milyon manatlıq iaşə xidmətləri göstərilib

2015-ci ildə iaşə xidmətlərinin həcmi 2014-cü illə müqayisədə 14,0 faiz artaraq 1111,2 milyon manat olub.

Publika.az statistik göstəricilərə istinadən xəbər verir ki, qeyri-dövlət sektorunda iaşə xidmətlərinin 42,8 faizi hüquqi şəxs statuslu müəssisələrin, 57,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Bu dövr ərzində hüquqi şəxs statuslu qeyri-dövlət müəssisələrində iaşə xidmətlərinin həcmi 2014-cü illə müqayisədə 6,0 faiz artaraq 469,0 milyon manata çatıb. İl ərzində ölkə əhalisinin hər bir nəfəri orta hesabla 116,6 manatlıq iaşə xidmətlərindən istifadə edib. Bu da ötən ilin müvafiq göstəricisindən 15,1 manat çox olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm