Aydın Əliyev: “Gömrük tariflərinə yenidən baxılmalıdır”
Bizi izləyin

Ekopublika.az

Aydın Əliyev: “Gömrük tariflərinə yenidən baxılmalıdır”

Dövlət Gömrük Komitəsi (DGK) gömrük siyasəti ilə bağlı bir sıra qanunvericilik aktlarının dəyişdirilməsi ilə bağlı hökumətə müraciət edib. Bunlardan biri bəzi məhsulların idxalı zamanı tutulan rüsumların artırılması ilə bağlıdır.

Publika.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında DGK sədri Aydın Əliyev deyib.


A.Əliyevin sözlərinə görə, daxili istehsalı stimullaşdırmaq və yerli istehsalçıları qorumaq məqsədi ilə gömrük rüsumlarının artırılması nəzərdə tutulub.

“Daxili istehsalçıların qorunması üçün mövsümi rüsumlar və kvotalaşdırma tətbiq edilməlidir. Bir sıra qonşu ölkələr ixraca dempinq tətbiq edirlər. Məsələn, İran ixracatçılara güzəştlər verir. Eyni zamanda, Rusiyada devalvasiya getdiyindən, bu ölkədə istehsal olunan məhsullar Azərbaycan bazarına ucuz daxil olur. Cənab Prezidentin də müşavirələrdə dediyi kimi, artıq Azərbaycan bir çox ərzaq məhsulları üzrə öz tələbatını ödəyir. Biz daxili istehsalçılarımızı qorumaq üçün bir sıra məhsulların idxalına mövsümi rüsumlar və kvotalar tətbiq etməliyik. Hazırda hökumətlə bu istiqamətdə məsləhətləşmələr aparırıq”, - komitə sədri deyib.

Aydın Əliyev qeyd edib ki, Azərbaycana təkrar istehsal və emal üçün idxal edilən xammalara görə gömrük tariflərinin də aşağı salınması nəzərdə tutulur: "Sonuncu dəfə gömrük tariflərinə 2012-ci ildə baxılıb. Artıq zaman dəyişib, yerli istehsalçıların qorunması üçün tariflərə yenidən baxılmalıdır".

O əlavə edib ki, yeni gömrük siyasətinə əsasən, gömrük rəsmiləşdirilməsi invoys məlumatları əsasında maksimum 2 saat ərzində həyata keçirilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm