• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

Sığortaçılar sürücülərlə 57 minə yaxın müqavilə imzalayıb

Sığortaçılar sürücülərlə 57 minə yaxın müqavilə imzalayıb

Yanvar ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 56 926 müqavilə qeydiyyata alınıb.

Publika.az büroya istinadən xəbər verir ki, bunların 7 878 ədədi xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Ümumilikdə yanvar ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 4,7 milyon manat təşkil edib.

2015-ci ilin yanvar ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 13,7%, sığorta haqlarının məbləğində isə 7,8% azalma müşahidə olunub.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR