
Dünya bazarlarında neftin qiymətində müşahidə olunan nikbinlikdən sonra cüzi ucuzlaşma başlayıb.
Ötən gün 35.55 dollar olan “Brent” markalı neftin qiyməti bu
səhər ucuzlaşaraq 34.06 dollar olub.
“WTI” neftində də ucuzlaşma müşahidə olunub. Ötən gün 33.27
dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti də
ucuzlaşaraq 31.34 dollarda qərarlaşıb.
Ötən gün “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar ucuzlaşaraq 35,78 dollar təşkil edib.
İqtisadiyyat şöbəsi