Rubl yenidən ucuzlaşdı
Bizi izləyin

Ekopublika.az

Rubl yenidən ucuzlaşdı

Dünya bazarında neftin qiymətinin ucuzlaşması Rusiya rubluna dərhal təsir göstərib.

Axar.az xəbər verir ki, hazırda Moskva birjasında 1 dollar 2,15 rubl bahalaşaraq, 79,46 rubla satılır. Avro isə 2,53 rubl bahalaşaraq 86,65 rubl olub.

Rusiya Mərkəzi Bankı da dolların fevralın 3-nə olan satışını bahalaşdırıb. Belə ki, 1 dollar 76,33 rubldan 77,93 rubla, avro isə 82,81 rubldan 84,97 rubla yüksəlib.

Qeyd edək ki, dünya bazarında “Brent” markalı neft 32,83 dollara, VTİ isə 30,09 dollara enib. Neft qiymətinin ucuzlaşması gün boyu davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm