• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

Neftin qiyməti 30 dollardan aşağı düşdü

Neftin qiyməti 30 dollardan aşağı düşdü

Neftin qiymətləri ABŞ-da enerji daşıyıcıları ehtiyatları haqqında məlumatların dərc olunması fonunda ümumilikdə 9 faizdən çox aşağı düşüb.

Publika.az xəbər verir ki, Londonun "ICE Futures" əmtəə birjasında "Brent" markalı neftin fyuçers kotirovkası 1,33 dollar ucuzlaşaraq (3,93%) bir barelə görə 32,91 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX birjasında keçirilən hərraclarda isə WTI markalı neftin müqavilə qiyməti 1,72 dollar düşərək (5,44%) bir barel üçün 29,9 dollara bərabər olub.

Ötən gün "AzeriLight" markalı neftin bir barelinin qiyməti 1,41 dollar və ya 3,97% ucuzlaşaraq 34,09 dollar təşkil edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR