"Gəncəbank"ın əmanətçilərinə 1,5 milyon manat ödəniləcək
Bizi izləyin

Ekopublika.az

"Gəncəbank"ın əmanətçilərinə 1,5 milyon manat ödəniləcək

"Gəncəbank" ASC-nin əmanətçilərinə sığortalanmış əmanətlər üzrə kompensasiyaların ödənilməsinə fevralın 4-də başlanacaq.

Publika.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

A.Cavadovun sözlərinə görə, ümumilikdə 378 əmanətçi kompensasiya alacaq və bu kompensasiyanın məbləği 1,5 mln. manat olacaq.

ADIF rəhbəri kompensasiyaların "Rabitəbank", "Kapital Bank" və "Unibank" ASC vasitəsilə veriləcəyini də açıqlayıb: "Kompensasiyalar "Rabitəbank"ın Gəncə və Şəmkir filialları, "Unibank" Müştəri Xidmətləri bölməsi, "Kapital Bank"ın Bərdə filialında veriləcək".

A.Cavadov bildirib ki, Gəncəbank"ın ümumilikdə 6 minə qədər əmanətçisi var və onlardan cəmi 500-ü aktivdir.

“Hesab edirəm ki, yaxın 5 gündə əmanətlər tam ödəniləcək. "Gəncəbank" bizə 1,9 mln. manatın verilməli olduğunu deyib. Biz isə onun yalnız 1,5 mln. manat hissəsini reyestrə salmışıq".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 24 yanvar 2016-cı il tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib və Banka müvəqqəti inzibatçı təyin edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm