• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

"Yahoo" işçi qüvvəsinin 15 faizini ixtisar edir

"Yahoo" işçi qüvvəsinin 15 faizini ixtisar edir

Rentabelliliyini bərpa etmək məqsədilə dinamik strateji fəaliyyət planı həyata keçirən Yahoo şirkəti işçi qüvvəsinin 15 %-ni ixtisar edir.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, ixtisarlar işçi sayını 2016-cı ilin sonlarına qədər təqribən 9000-ə qədər azalmasına gətirib çıxaracaq.

Şirkətin baş icraçı direktoru deyib ki, bu, məhsul çeşidləri və resurslar təminatında cəsarətli dəyişikliklər tələb edən effektiv plandır. O əlavə edib ki, bu planın icrası şirkət üçün işıqlı gələcək, rəqabət qabiliyyətinin yaxşılaşdırılması deməkdir və bununla istifadəçilərin, reklam agentliklərinin və tərəfdaşların nəzərini yenidən cəlb etmək mümkün olacaq.

Personalın ixtisarı xanım Mayerin şirkətin çətin vəziyyətini yaxşılaşdırmaq məqsədilə göstərdiyi son təşəbbüsüdür. Belə ki, internet şirkəti olan Yahoo Facebook və Google şirkətlərinin populyarlığına qarşı rəqabətə davam gətirməkdə çətinlik çəkir.

İşçi qüvvəsinin böyük hissəsini ixtisar etməklə yanaşı, şirkət Yahoo TV və Yahoo Games də daxil olmaqla, məhsul çeşidlərinin bir hissəsini satışa çıxarmağı planlaşdırır.

Yahoo həmçinin Dubay, Mexiko, Buenos Ayres, Madrid və Milan şəhərlərindəki ofislərini də bağlamağa hazırlaşır. Şirkət rəsmilərinin sözlərinə görə, bütün bunlar 2017-2018-ci illərdə cüzi, lakin mütərəqqi artımla nəticələnə bilər. Hesablamalara əsasən, təkcə məhsul çeşidinin azaldılması şirkətə 1 milyard dollar gəlir gətirə bilər.

Cəmilə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR