Dollar ucuzlaşdı, avro bahalaşdı - MƏZƏNNƏ
Bizi izləyin

Ekopublika.az

Dollar ucuzlaşdı, avro bahalaşdı - MƏZƏNNƏ

Mərkəzi Bank (MB) manatın dollara nisbətdə bu günə olan məzənnəsini açıqlayıb.

Bankdan Publika.az-a daxil olan məlumata görə, 04.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5858 səviyyəsində müəyyən olunub. Bu isə o deməkdir ki, dollar bu gün fevralın 3-ü ilə müqayisədə daha 0,0036 AZN ucuz satılacaq.

Avro isə manata nisbətdə bir qədər də möhkəmlənib. Avrozonanın vahid valyutası 0,0234 manat bahalaşaraq 1,7582 manat olub.

Rusiya rublunun məzənnəsi də manata nisbətdə 0,0007 manat artaraq 0,0206 manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm