"Gəncəbank" əmanətçilərinə kompensasiya ödənilir
Bizi izləyin

Ekopublika.az

"Gəncəbank" əmanətçilərinə kompensasiya ödənilir

30 iyul 2007-ci ildən Əmanətlərin Sığortalanması Fonduna üzv olan "Gəncəbank" ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Fondun Himayəçilik Şurasının 2 fevral 2016-cı il tarixli qərarına əsasən, sığorta hadisəsi baş vermiş "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Rabitəbank", "Unibank" və "Kapital Bank" seçilib.

Sığorta hadisəsi baş vermiş "Gəncəbank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna bu gündən etibarən agent bankların filiallarında başlanılacaq.

Ərizə formalarını əmanətçilər 4 fevral 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti, 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş "Gəncəbank" ASC-nin filiallarından, agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər.

Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq "Gəncəbank" ASC-də əmanəti olan filialın qarşısında qeyd edilən agent bankların filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilərlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm