Sığorta bazarında fəaliyyət rahatlaşacaq – EKSPERT RƏYİ
Bizi izləyin

Ekopublika.az

Sığorta bazarında fəaliyyət rahatlaşacaq – EKSPERT RƏYİ

Prezident İlham Əliyevin təşəbbüsü ilə biznes mühitinin yaxşılaşdırılması, şəffaflığın təmin edilməsi və dövlət idarəçiliyində səmərəliliyin artırılması istiqamətində struktur islahatları davam etdirilir. Bu kontekstdə ölkənin maliyyə-bank sisteminin səmərəli inkişafının təmin olunması, həmin sahədə tənzimləmə və nəzarətin mütərəqqi metod və mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb.

Publika.az xəbər verir ki, sözügedən Palatanın yaradılması üçün Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı Yanında Maliyyə Monitorinq Xidmətinin fəaliyyətinə xitam verilib. Dövlət Sığorta Nəzarəti Xidmətinin ləğvinin sığorta şirkətlərinin fəaliyyətində hansı dəyişikliklərə gətirib çıxaracağı sual doğurur.

Məsələyə münasibət bildirən sığorta bazarı üzrə ekspert Xəyal Məmmədxanlı bunun müsbət addım olduğunu qeyd edib.

O bildirib ki, bütün maliyyə nəzarəti bir mərkəzdə cəmləşməliydi: “Təbii ki, sığorta bazarında fəaliyyət rahatlaşacaq. Amma sığorta bazarının inkişafı üçün əhalinin qazancı artmalı, sığorta düşüncəsi dəyişməlidir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm