Mobil xərcləri necə azaldaq?
Bizi izləyin

Ekopublika.az

Mobil xərcləri necə azaldaq?

Büdcəmizə uyğun tarif paketini düzgün seçək

Son araşdırmalara görə, Azərbaycanda əhali il ərzində mobil rabitəyə 3 milyard manat pul xərcləyir. Bura telefon danışıqları ilə yanaşı internetdən istifadə də daxildir. Belə demək mümkünsə, müasir dünyamızı mobil rabitəsiz təsəvvür etmək mümkünsüzdü. Məhz buna görədir ki, artıq biznes adamları öz reklamlarını mobil qurğular üzərindən aparırlar.“eMarketer” analitik agentliyinin məlumatına əsasən, 2016-cı ildə qlobal mobil reklam xərcləri 100 milyard ABŞ dollarını ötəcək. 2016-cı ildə dünyada mövcud olan mobil telefon və planşetlərdə göstəriləcək reklama 101,37 milyard ABŞ dolları xərclənəcək ki, bu da 2013-cü illə müqayisədə 430 faiz yüksəkdir. 2016-2019-cu illərdə mobil reklama sərf ediləcək xərclər təxminən iki dəfə yüksələrək 195,55 milyard dollara çatacaq. Yaxın gələcəkdə mobil reklam sahəsinə xərclərin artımı aparıcı dünya bazarlarının (xüsusilə, ABŞ və Çin) hesabına həyata keçiriləcək. 2016-cı ildə amerikalı elan verənlər mobil reklama 40,24 milyard dollar xərcləyəcək ki, bu da 2014-cü illə müqayisədə iki dəfə yüksəkdir.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda da mobil rabitədən geniş şəkildə istifadə olunur. Ölkədə fəaliyyət göstərən 3 mobil operator abunəçi bazasını artırmaq üçün mütəmadi olaraq müxtəllif tarif paketləri istifadəyə verir,endirim kampaniyaları həyata keçirir. Təbii ki,abunəçinin diqqətini ən çox iki amili özündə birləşdirən - ucuz və keyfiyyətli məhsul cəlb edir. Mobil rabitə bazarında tarif paketlərinin baha olmasi dəfələrlə müzakirə obyekti olub. Qonşu ölkələrlə müqayisədə ölkəmizdə mobil danışıqların yuxarı olması haqqında çox danışılıb. Bugünkü yazımızda biz abunəçilərə budcənizə uyğun ən sərfəli tarif paketlərini təqdim edəcəyik. İlk yazımızda 4,5 milyonluq abunəçi ailəsi ilə Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom-un sərfəli və endirimli tarif paketləri ilə sizi tanış edirik. Aşağıda qeyd edəcəyimiz tarif paketlərinə qoşulmaqla mobil telefon və eləcə də internet xərclərinizi xeyli azalda bilərsiniz.

İnanılmaz tarif- 1 dəqiqə 1 qəpik

Bu gün “Azərcell”in abunəçiləri mobil rabitə bazarında aşağı olan bir tariflə- 1 qəpiyə də danışa bilərlər. Operatorun verdiyi imkanların nəticəsidir ki, bu gün həm “Tələbə birliyi” tarifinə qoşulan bütün ali və orta ixtisas məktəblərinin tələbələri, həm də “Əkiz nömrələr” kampaniyasınn iştirakçıları 1 dəqiqəni 1 qəpik hesabı ilə danışırlar.

Müqayisə uçün qeyd edək ki, “Tələbə birliyi” və “Əkiz nömrələr”in tarifləri bir sıra ölkələrdə təqdim edilən mobil rabitə tariflərindən qat-qat ucuzdur. Gürcüstanın “Geocell” operatorunun şəbəkədaxili zənglər üçün ən ucuz və sərfəli qiyməti də “Azercel”in bu danışıq qiymətindən təqribən 4 dəfə, Rusiyadan 5 dəfə, Türkiyədən 2 dəfə bahadır. “Geocell”in abonentlərinə şəbəkədaxili zənglər üçün ən ucuz halda 1 dəqiqəlik danışıq 4 qəpiyə başa gəlir. Türkiyənin “Vodafone” operatorunun abonentləri 1 dəqiqəlik danışığa görə “Geocell”lə müqayisədə ucuz, amma “Azercell”lə müqayisədə baha olan qiymət - 2 qəpik ödəyirlər.

Rusiyanın “MTC” operatorunun təklif etdiyi şərtlərə görə, abonent ölkə daxilində bir bölgədən digərinə zəng etməkdən ötrü 1 dəqiqəlik danışıq üçün 5 qəpik ödəməlidir.

Qeyd edək ki, “Azercell”in abunəçiləri yalnız ölkədən kənarda rouminq xidmətindən istifadə edə bilərlər. Rusiyada isə bir regiondan digərinə səfər edən abunəçi rouminq xidmətindən istifadə etməyə məcburdur ki, bu da abunəçilər üçün sərfəli hesab edilmir.

Abunəçilər üçün danışıq qiymətini daha sərfəli edən üsul

"Azercell"in tarif siyasətinin düzgün həyata keçirməsini şərtləndirən və ona üstünlük qazandıran əsas amil onun tarif paketlərini abunəçilərin istəyini nəzərə almaqla və onların iqtsadi marağını təmin etməklə hazırlayaraq təqdim etməsidir.

Abunəçilər daha sərfəli qiymətlə danışmaq üçün “Azercell”in təqdim etdiyi müxtəlif paketlərdən - “Azercellim”, “Gənc Ol”, “GəncSim”, “Bölgə”, “Tələbə birliyi” və s.-dən birini düzgün seçərsə, öz büdcəsinə xeyli qənaət edə bilər. Bunun üçün abunəçi “Azercell”in saytındakı tarif kalkulyatorundan istifadə edərək özünə daha sərfəli olan paketi seçə bilər. Burada abonent həmin kalkulyator vasitəsi ilə bir necə sorğudan keçməklə ona hansı paketin sərfəli olduğunu çox asanlıqla müəyyənləşdirə bilir.

Məsələn, Bakı və Abşeron yaşayan, eyni zamanda işçi olan, əsasən, şəbəkədaxili istiqamətlərdə zəng edən və 3 dəqiqədən artıq danışan abonent üçün ən sərfəli paket “Gəncsim”dir. Bu paketə qoşulan abunəçilər üçün şəbəkədaxili zəng zamanı 3-cü dəqiqədən sonra danışıq pulsuz olur. Hər zəngin maksimal müddəti isə 40 dəqiqə müəyyənləşirilib . Bundan başqa, onlar həftəsonları hər 2-ci SMS / MMS – i pulsuz qazana bilirlər.

Abunəçini daha çox razı salmağa çalışan şirkət digər tarif paketlərində də pulsuz danışıq siyasətini davam etdirir. Nəinki “Gənsim”, hətta “Bölgə” tarif paketinə qoşulanlar da 3-cü dəqiqədən sonra pulsuz danışa bilərlər. “Gənc Ol” internet paketini seçənlərə isə 400 dəqiqəyədək tariff daxilində pulsuz danışıq verilir. Tarif seçimini düzgün aparan hər bir abonent bu dəqiqələri asanlıqla qazana bilər.

Həm telefonla danışmağı, həm də interneti sevənlər üçün xüsusi paket

“Gənc Ol” paketi daha çox internet trafiki əldə etmək imkanı verdiyindən bu paketi daha çox internetsevərlər üçün faydalı saymaq olar. Bu paketin tarifləri telefonla danışmağı və SMS-lə yazışmağı sevənlər üçün də çox sərfəlidir. Dəyəri 5 manatlıq “G5 paketi”ni alanlar 2 GB-lıq Internetlə yanaşı, 200 dəqiqə pulsuz tarifdaxili zənglər üçün zəng, 200 SMS, 8 manat dəyərində olan “G8 paketi”ni alanlar isə 4 GB-lıq internet, 400 dəqiqə tarifdaxili pulsuz zəng, 400 SMS qazana bilərlər. Üstün cəhətlərdən biri odur ki, növbəti ayda balansda aylıq abunə haqqı üçün kifayət qədər vəsait olmadıqda xidmətlərdən istifadə haqqı "Gənc Ol" tarif paketinə uyğun olaraq hesablanır. Bu paket abonentlərə yalnız danışıq və internet trafiki əldə etməkdə güzəşt vermir. “Gənc OL”a qoşulanlar əlavə güzəştlər də əldə edirlər. Məhz onlar üçün kafe və restoranlarda, əyləncə mərkəzlərində, geyim dükanlarında, eləcə də, kinoteatrlarda və s. xüsusi endirim tətbiq edilir ki, bu da onlara büdcəyə daha çox qənaət etməyə imkan verir. Məsələn, tariff paketi çərçivəsində kino seansa bir bilet alan abunəçi ikincisini pulsuz olaraq hədiyyə alır.

Çox sərfəli paketlərdən biri hesab olunan “Azercellim” şəbəkəsinin abunəçiləri üçün şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 4 qəpik, şəbəkəxarici zənglərin 1 dəqiqəsinin qiyməti 6 qəpik, 1 SMS-in qiyməti 3, 1 MMS-in qiyməti 10 qəpik, İnternetin (1 MB) qiyməti 20 qəpikdir.

Xüsusi kateqoriyadan olan insanlar üçün nəzərdə tutulan “Dövlətcell” və “Mediacell” xidmətləri abunəçilər üçün xüsusi qiymətə olan sərfəli ünsiyyət vasitəsi hesab edilir. Bu şəbəkələrin istifadəçiləri üçün təqdim edilən danışıq paketlərinə abunə olmaqla ondan istifadə edə bilirlər. Bu paket istifadəçilərə 500, (5 manat) və 1500 dəqiqə (10 manat) danışıq imkanı verır.

“Azercell” sadiqliyi də sevir. Ona sadiq olan abunəçiləri unutmayan bu mobil operatorun “5 il bizimlə” bonus proqramı abunəçilərə təqdim edilən ən sərfəli təkliflərdən biri hesab oluna bilər. Bu proqram 60 və daha çox fakturanı ardıcıl ödəmiş abunəçilər üçün həyata keçirilir.

Bu proqrama qoşulanlar üçün beynəlxalq zənglərə 20% endirim edilir, mövcud kredit limiti iki dəfəyədək artırılır, fakturanın ödənilməsi müddəti 14 gündən 21 günədək uzadılır.

Müqayisə edək…

"Azercell" nəinki ölkə daxilində danışıq üçün, həm də beynəlxalq istiqamətli zənglər üçün əlverişli tariflər təklif edir.

"Azercell"in bütün abunəçiləri üçün Thuraya, Emsat, Inmarsat operatorları (onlar üçün qiymət 4.18 AZN-dir) istisna olmaqla, həm MDB və Baltikyanı ölkələr, həm İran, Türkiyə, həm də Avropa, Amerika və digər ölkələr üçün danışıqların qiymətləri 32 qəpikdir. Şənbə, bazar və bayram günləri, eyni zamanda günün müəyyən saatlarında abonentlər 32 qəpikdən də ucuz danışa bilərlər. Şənbə, bazar və bayram günləri bütün sutka ərzində, digər günlərdə isə saat 00:00-dan 08:00-dək beynəlxalq tariflərə 25% endirim tətbiq edilir. Bu halda abonentlər qeyd edilən istiqamətlər üzrə 8 qəpik ucuz, yəni 24 qəpiyə danışa bilərlər.

Beynəlxalq istiqamət üzrə danışmaq istəyənlər üçün “Azercell”in “Əzizlərim” Bonus Proqramı da ucuz qiymətlər təklif edir. Bu proqram abonentə istədiyi 5 nömrəni seçərək onları bonus proqramına qoşmağa imkan verir ki, həmin nömrələrin də 3-ü şəbəkədaxili, 1-i şəbəkəxarici (digər mobil operator və ya şəhər nömrəsi), 1-i isə beynəlxalq nömrə ola bilər. Bu bonus proqramına qoşulanlar üçün şəbəkədaxili zənglərin bir dəqiqəsinin qiyməti 4, şəbəkəxarici zənglərin bir dəqiqəsinin qiyməti 8, beynəlxalq zənglərin bir dəqiqəsinin qiyməti isə standart tariflərdən ucuz- 24 qəpikdir.

Ümumilikdə "Azercell"in beynəlxalq zənglər üzrə tarifləri bir sıra xarici ölkə operatorlarının qiymətlərindən dəfələrlə ucuz hesab edilə bilər. Məsələn, Rusiyanın "Bilayn" operatoru MDB ölkələri üzrə gələn və gedən zənglərin 1 dəqiqəsinin qiymətini 80 qəpikdən hesablayır. Bu operatorun abonentləri digər xarici ölkələrdən gələn zənglərin 1 dəqiqəsinə görə 1 manat 12 qəpik, gedən zənglərin 1 dəqiqəsinə görə 2 manat 10 qəpik ödəyirlər.

“Geocell” operatorunun da bütün istiqamətlər üzrə xaricə zəng etmək üçün müəyyənləşdirdiyi 1 dəqiqəlik danışığın qiyməti “Azercell”in beynəlxalq zənglər üçün danışıq qiymətindən bahadır. “Geocell” operatoru ilə xaricə zəng etmək istəyənlər üçün 1 dəqiqəlik danışığın qiyməti təxminən 40 qəpik olduğu halda, "Azercell”in abonentləri bu xidmətdən 32 qəpiyə istifadə edirlər.

Azercel-in internet paketlərinin qiymətləri də bır sıra xarici ölkə operatorları ilə müqayisədə daha sərfəli sayıla bilər. Məsələn, Rusiyada MTC operatorunun təqdim etdiyi 10 GB-lıq internet paketinin qiyməti 40 manat olduğu halda, “Azərcel”in 10 GB-lıq internet paketinin qiyməti daha ucuz - 15 manatdır. Kampaniyalar dövründə abonentlər 10 GB-lıq internet trafikini hətta 10 manata da (“10 GB=10 AZN” sərfəli intenet paketi) ala bilirlər. "Azercell"in ən yüksək qiymətli hesab edilən - 30 manata olan 50 GB-lıq da limitsiz internet paketinin də qiyməti yenə də "MTC" ilə müqayisədə ucuzdur. Bundan əlavə, Azercell, həmçinin, cəmi 3 AZN dəyərində abunəçiləri üçün 500MB internet paket də təklif edir ki, bu paket növü də abunəçilər üçün çox populyardır.

Abonentlərinə limitsiz internet xidməti göstərməyə daha çox üstünlük verən "Azercell" həm də “Limitsiz Həftə sonu” paketləri, “Saat paketləri” (1 saatlıq internet 40 qəpikdir. 3 saatlıq internet 1 manatadır) xidmətləri tədqim edirBeləliklə qeyd etdiyimiz tarif paketlərinə qoşulmaqla, sevdiyiniz insanlarla doyunca danışıb, internetin sizə verdiyi imkanlardan rahat şəkildə yararlana bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm